Dünyada milyarderlərin sayı ARTIB
26.10.2018
"Dövran Media" Reporta istinadən xəbər verir ki, 2017-ci ildə dünyada milyarderlərin sayı 199 nəfər artıb.
Bu barədə "UBS Group AG” holdinqinin hesabatında qeyd olunub.Məlumata əsasən, dünyada milyarderlərin sərvəti il ərzində 19% artaraq 8,9 trln. ABŞ dollarına çatıb.Yeni milyarderlərin 1/3-i sərvətlərini innovasiyalar sahəsində qazanıb. Həmçinin onların əksəriyyəti bizneslərinin Asiya-Sakit Okean regionunda genişlənməsi ilə varlanıblar.
199 yeni milyarderdən 55-i Çində qeydə alınıb. Onların sərvəti 1,12 trln. dollar dəyərləndirilir. Hesabata əsasən, hazırda Asiyada milyarderlər ABŞ-dan daha çoxdur.
Məlumatda qeyd olunur ki, 2016-cı ildən etibarən Çində kapitalı 1 mlrd. dolları keçən 50 şirkət, ABŞ-da isə bu müddətdə 62 belə şirkət yaradılıb.