“Azərpoçt” adından saxta saytların yaradıldığı aşkarlanıb
09.01.2023
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.
Məlumata görə, dələduzluq məqsədi ilə yenidən yaradılan saxta saytlar aşağıdakılardır:
hxxp://w.praiseplaintiff .cn/azerpostaz/
hxxps://sbphnz .cyou/1ugBk50I/azerpostaz/ (boşluq silinir)
"Bu dəfə dələduzlar "sual-cavab nəticəsində Azərpoçtdan 600 manat qazanmaq imkanı” adı ilə şirnikləndirici saxta kampaniya başladıblar. Vətəndaşlar belə saxta kampaniyalara aldanmamaq, kart və fərdi məlumatlarını saxta saytlara əlavə etməmələri üçün reklam edilən kampaniyalara keçid zamanı səhifənin domen adını diqqətlə yoxlamalıdırlar”, - deyə məlumatda bildirilir.