21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Helqa Şmit bu ölkənin ATƏT-dən kənarlaşdırılmasına qarşı çıxıb

09.01.2023

ATƏT Baş katibi Helqa Şmit Rusiyanın təşkilatdan çıxarılmasının əleyhinə olduğunu bildirib.

"DM" xəbər verir ki, ATƏT Baş katibi bu barədə "Die Welt"ə müsahibəsində deyib.

"Hesab edirəm ki, bugünkü nöqteyi-nəzərdən Rusiyanın ATƏT-in üzvü olmağa davam etməsi məntiqlidir. Bir gün yenidən kommunikasiya kanallarına ehtiyacımız olacaq", - o deyib.

Onun sözlərinə görə, diplomatik kanalların saxlanması təşkilatın Moskvanın mövqeyi ilə razılaşdığı anlamına gəlmir: "Eyni masa arxasında oturmaq "diplomatik nəzakət mübadiləsi” demək deyil".

Almaniyalı diplomat əlavə edib ki, ATƏT Avropa təhlükəsizlik arxitekturasında mühüm rol oynayan bütün tərəflərin bir masa arxasında oturduğu yeganə təhlükəsizlik təşkilatıdır.

O xatırladıb ki, ATƏT soyuq müharibə dövründə müxtəlif maraqları olan ölkələr tərəfindən yaradılıb və Avropa Şurasından fərqli olaraq, ATƏT-in Rusiya Federasiyasını təşkilatdan xaric edə biləcəyi mexanizm yoxdur.

Qeyd edək ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə görə, bu ölkənin ATƏT-dən kənarlaşdırılmasının vacibliyi barədə çağırış edib.