21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Baş prokuror jurnalistin qətlinə görə Türkiyəyə səfər edəcək

26.10.2018

"Dövran Media" Report-a istinadən xəbər verir ki,Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib bazar günü  Türkiyəyə səfər edəcək”.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşqçının öldürülməsi ilə bağlı cinayət işindən danışarkən deyib.
"18 nəfərin Türkiyəyə gəlməsinin təlimatını kim verib? Qaşıqçını öldürənləri Səudiyyə Ərəbistanının rəsmi vəzifəlisi açıqlayacaq. Əlimizdə çoxlu sübutlar var. Vaxtı gələndə hamısını deyəcəyik. Dedilər ki, 18 nəfəri tutmuşuq. Onlara dedim ki, siz danışdırmağı bilirsiniz. Baş verənlər onların iştirakı ilə olub. Onları danışdıra bilmirsinizsə, hadisə İstanbulda olub, həmin adamları bizə təslim edin, mühakimə edək”, - o vurğulayıb.
Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Onun sözlərinə görə, prokurorluq şübhəlilərin istintaqını davam etdirir. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli "Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən "Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.