Rusiya növbəti hərbi texnika eşelonunu Belarusa göndərib
06.01.2023
Yanvarın 6-da Rusiya hərbi texnikasının daha bir eşelonu Belarusa göndərilib.
"DM" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Texnikanın Birlik dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi çərçivəsində göndərildiyi qeyd olunub.
"Belarus qayun” monitorinq qrupunun məlumatına görə, eşelona 43 ədəd "KamAZ” və "Ural” markalı yük maşını, BAZ-6306, 5 yanacaq daşıyan maşın, 2 ZU-23-2 zenit qurğusu daxildir