Rusiyada tələbələr çağırış məntəqəsini yandırmaq istəyiblər
06.01.2023
Rusiyanın Rostov-Don şəhərində üç nəfər çağırış məntəqəsini yandırmaq istəyib.
Yanvarın 3-nə keçən gecə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları 21 yaşlı Əhməd R., Mühəndislik Texnologiyaları Kollecinin 17 yaşlı tələbəsi İlya K. və Biznes və Hüququ İdarəetmə İnstitutunun 17 yaşlı tələbəsi İvan B.-ni tutublar.
İstintaqın məlumatına görə, uşaqlar "Molotov kokteyli” ilə komissarlığın binasını yandırmaq barədə sözləşiblər, lakin özlərindən asılı olmayan səbəblərdən bunu edə bilməyiblər.
Həmin şəxslərin evlərində axtarış aparılıb.
Mənbə: "BAZA” Telegram”