Britaniya şahzadəsi nələr yaşadığını etiraf edib - FOTO
06.01.2023
Britaniya şahzadəsi Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf edib.
Bu barədə Sasseks hersoqu özünün avtobioqrafik "Spare” ("Ehtiyat”) kitabında yazıb.
"Mən dəqiq deyə bilərəm ki, nə qədər düşmən döyüşçüsü öldürmüşəm... Deməli, məndə bu say 25-dir”, - Britaniya şahzadəsi kitabında bildirib.
Harrinin sözlərinə görə, bu hal onu məmnun etməsə də, bundan utanmayıb.
Qeyd edək ki, Britaniya şahzadəsi 10 il orduda olub. O, Əfqanıstanda iki müddət xidmət edib.
Bundan başqa, şahzadə 17 yaşında kokaindən istifadə etdiyini etiraf edib. Memuarında o, ilk dəfə 2002-ci ilin yayında ov zamanı kokaini sınadığını və sonradan "özünü fərqli hiss etmək” üçün bu narkotiki daha bir neçə dəfə qəbul etdiyini bildirib.
Yeri gəlmişkən, şahzadə Harri öz xatirələrində qardaşı, Britaniya taxt-tacının varisi, şahzadə Uilyamla dava etməsindən də danışıb. Memuar müəllifinin sözlərinə görə, ailə münaqişəsinə səbəb Uilyamın Harrinin həyat yoldaşını təhqir etməsi olub. Sonradan qardaşlar bir-birlərinə səslərini yüksəldiblər və bu da fiziki şiddətə gətirib çıxarıb.
"Spare” kitabının buraxılışı yanvarın 10-na nəzərdə tutulub.
Mənbə: Sky News