Vasif Talıbov və oğlu Dubaydakı mülklərini satıblar
06.01.2023
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov Dubaydakı mülklərini satıb.
"Unikal” xəbər verir ki, Vasif Talıbov oğlu Seymur Talıbovla birlikdə 2022-ci ilin oktyabr ayının əvvəlində Dubaya səfər edib. Onlar təxminən 10 gün orada qalıblar.
Talıbovlar Dubayda qaldıqları müddətdə oradakı əmlaklarını və şirkətlərini satıblar.
Xatırladaq ki, Vasif Talıbova məxsus "Gəmiqaya Holdinq” şirkəti də artıq onun əlindən alınıb.