21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

TƏBİB-də yeni departament yaradılıb

05.01.2023

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yeni strukturuna əsasən, ictimaiyyətlə əlaqələr işinin təkmilləşdirilməsi, kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq, ictimai nüfuzun yüksəldilməsi məqsədilə yeni departament yaradılıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yeni yaradılan İctimaiyyətlə əlaqələr və marketinq departamentinin tərkibində İctimaiyyətlə əlaqələr və Marketinq şöbələri fəaliyyət göstərəcək. Departamentin fəaliyyəti TƏBİB-in kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr sahəsində işini təşkil etmək, qurumun marketinq strategiyasını müəyyən etmək, tədbirlərin təşkilini həyata keçirmək, tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr, marketinq və tədbirlərin təşkili sahəsini koordinasiya etməkdən ibarətdir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri vəzifəsinə Zamirə Ədilova təyin olunub.

O, bu təyinatadək TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri olub.

Z.Ədilova uzun müddət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İctimaiyyətlə əlaqələr üzrə menecer, SOCAR-ın Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.