45 ton yararsız məhsul məhv edilib
05.01.2023
İstehlaka yararsız 72 adda 10,2 ton, Sun Food MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu məhv edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.
Bildirilib ki, istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, AZ FP CO LTD MMC-yə məxsus 72 adda 10,2 ton, Sun Food MMC-yə məxsus 34,53 ton müxtəlif növ qida məhsulu Təmiz-Sumqayıt Kənan MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.