Xankəndi yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçid edib
05.01.2023
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha doqquz avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"DM" xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, sülhməramlılara məxsus 2 minik və 7 təminat avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.