21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İran dronunda çox sayda Qərb şirkətlərinin texnologiyaları tapılıb

05.01.2023

Ukraynada vurulan İran pilotsuz uçuş aparatlarından birində ondan çox Amerika və Qərb şirkətlərinin texnologiyası tapılıb.

Ötən ay Ağ Ev ABŞ və Qərb texnologiyalarının İran dronlarında necə peyda olmasını araşdırmaq üçün administrasiya daxilində işçi qrupu yaradıb.

ABŞ rəsmiləri İrana qarşı sanksiyaların icrasını gücləndirməyi və şirkətləri öz təchizat zəncirlərinə daha yaxşı nəzarət etməyə təşviq etməyi düşünürlər.

Hələlik şirkətlərin sanksiya qanunlarını qəsdən pozması və dronlarda istifadə üçün texnologiyanı bilərəkdən ixrac etməsi ilə bağlı heç bir sübut yoxdur. Şirkətlər monitorinqi artırmağa söz versələr də, istehsalçılar üçün buna nəzarət etmək kifayət qədər çətindir.

Ukrayna kəşfiyyatının hesablamalarına görə, "Shahed-136” PUA-sının ələ keçirilən 52 komponentdən 40-ı ABŞ-ın 13 müxtəlif şirkəti tərəfindən hazırlanıb. Digər komponentlər Kanada, İsveçrə, Yaponiya, Tayvan və Çin şirkətləri tərəfindən istehsal olunub.

Çox güman ki, İran şirkətləri sanksiyalardan uğurla yayınır və vacib komponentlərin, eləcə də elektronikanın tədarükünü həyata keçirirlər.

Mənbə: rbc.ua