Abraamyan: Bakı müharibədən sonra 5 uğur əldə edib
04.01.2023
Azərbaycan çətin infrastruktura malik ərazilərdə böyük uğurlar əldə edib.
"DM" xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin "Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abraamyan deyib.
O bildirib ki, müharibədən sonra Azərbaycan 5 istiqamətdə, çətin relyefə malik ərazilərdə böyük uğur qazanıb:
"Məsələn, Fərrux istiqamətində onun daha çox imkanları vardı, nəinki Canəhməd (Göyçə), Aşağı Şorca (Basarkeçər), Qızılcıq (Qarakilsə), İstusu (Göyçə), Qaragöl... Ancaq 2 il ərzində ağır hava şəraiti olan çətin dağlıq ərazidə Azərbaycan bunu bacardı. Halbuki qeyd olunan ərazilərdə Ermənistanın güclənmək, müdafiə sistemi yaratmaq və ən əsası təchizat imkanları Azərbaycandan dəfələrlə çox idi”.
O qeyd edib ki, burada məsələ Azərbaycan PUA-larının bu qədər səs-küy doğuran üstünlüyü və yaxud Azərbaycan hərbi bölmələrinin dağlıq şəraitində məharətli fəaliyyətindən daha çox, Ermənistan silahlı qüvvələrinin nizamsızlığındadır:
"Azərbaycan 2 il ərzində Kəlbəcər-Laçın hissəsində əsas, qəzalı yolların tikintisinə və yenidən qurulmasına, hərbi hissələrin, hərbi infrastrukturun yaradılmasına ciddi vəsaitlər yatırıb və bu, onların uğurlarına nə qədər töhfə versə də, hər halda, işarələnmiş ərazilərdə, onları kiçik qüvvələrlə məğlub etmək və irəliləməyə imkan verməmək mümkün idi”.