Naftalanda 64 yaşlı kişi güllələnərək öldürülüb
04.01.2023
Naftalan şəhər sakini aldığı güllə yarasından dünyasını dəyişib.
"DM" Report-a istinadən xəbər verir ki, hadisə şəhərdəki mənzillərin birində baş verib.
1959-cu il təvəllüdlü Firuz Qocayev odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və yerindəcə vəfa edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.