Sultan bin Saad Əl Murayxi Azərbaycan səfirini qəbul edib
04.01.2023
Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl Murayxi Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovu bu ölkədəki fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
"DM" xəbər verir ki, bu barədə Qətər XİN-in mətbuat xidməti məlumat yayıb.
"Xarici işlər üzrə dövlət naziri ikitərəfli münasibətlərin genişləndirilməsində və təşviqində göstərdiyi səylərə görə Azərbaycan səfirinə təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb", XİN bildirib.