Sülhməramlıların avtomobilləri bu yolda yenidən maneəsiz hərəkət ediblər
04.01.2023
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"DM" xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 13-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 10-u isə Rusiya sülhməramlılarına məxsusdur.