Ərdoğan Putin və Zelenskiyə bunu təklif edəcək
04.01.2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə planlaşdırılan telefon danışıqları zamanı Ankaranın danışıqlar prosesində vasitəçiliyini bir daha təklif edəcək.
"DM" xəbər verir ki, bu barədə "RİA Novosti”yə diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, Ərdoğan atəşkəsə nail olmaq üçün danışıqlar prosesinin bərpası istiqamətində səylərini davam etdirmək niyyətindədir:
"İki tərəflə danışıqlar aparmaq imkanı əldə edən Türkiyə prezidenti öz vasitəçiliyini təklif etməyə davam edəcək”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, telefon danışığı bu gün baş tutacaq.