Laçın-Xankəndi yolunda etirazların 24-cü günüdür
04.01.2023
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq” qızıl və "Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşadan keçən Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
"DM" xəbər verir ki, 24 gündür davam edən aksiyada iştirakçılar müxtəlif şüarlar səsləndirirlər.
Aksiya gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına uyğun heç bir insident müşahidə edilmədən baş tutub.
İştirakçıalr günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri Rusiya sülhməramlılarının postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun əraziyə gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şəraitin yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.