Rusiya ordusunun xeyli canlı qüvvəsi məhv edilib
03.01.2023
Xerson rayonunun Çulanovka kəndi yaxınlığında Rusiya ordusunun xeyli canlı qüvvəsi məhv edilib.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
"Dekabrın 31-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən Xerson vilayətinin Çulanovka qəsəbəsi ərazisində düşmənin canlı qüvvə və hərbi texnikasının vurulması təsdiqlənib. Düşmənin 500-ə yaxın ölü və yaralısı var”-, məlumatda deyilib.
Yanvarın 1-də Ukrayna ordusu Xerson vilayətinin Fedorovka qəsəbəsi ərazisində rus işğalçılarının şəxsi heyətini atəşə tutub. Rus ordusunun itkiləri dəqiqləşdirilir.