Ukrayna ordusu fevralın 24-dən sonra işğal olunmuş ərazilərin 40%-ni azad edib
03.01.2023
Ukrayna Silahlı Qüvvələri və müdafiə qüvvələrinin digər hissələri fevralın 24-dən sonra işğal olunmuş ərazilərin 40%-ni və Rusiya Federasiyasının işğal etdiyi bütün ərazilərin 28%-ni azad edib.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.
"Sağ sahil Xerson vilayətinin azad edilməsi işğaldan azad edilmiş ərazilərin ümumi sahəsini demək olar ki, 40 min kv.km-ə çatdırıb”, - deyə o, məlumat verib.
Artıq dərc edilmiş məlumatlara görə, bu gün Ukrayna ümumi uzunluğu 3786 km olan quru sektorunda düşmənin qarşısını almaqda davam edir. Təcavüzkarla aktiv cəbhə xətti 1500 km-dir.
Mənbə: İnterfax