Ötən gecə Ukrayna Rusiyaya məxsus 39 PUA vurub
02.01.2023
Ötən gecə Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın Kiyevə atdığı 39 "Şahed” pilotsuz uçuş aparatını, iki "Orlan-10”u və bir "Kh-59" idarəolunan hava raketini məhv edib.
"DM" "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri "Telegram"da məlumat yayıb.
"2023-cü il yanvarın 1-dən 2-nə keçən gecə Rusiya işğalçıları İran istehsalı olan "Şahed-131/136" kamikadze-dronları ilə kütləvi hücuma keçiblər. Hərbi Hava Qüvvələrinin və Ukrayna Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin birgə işi nəticəsində 39 hücum PUA-sı məhv edilib”, - məlumatda deyilir.