Sülhməramlıların iki minik avtomobilinin hərəkətinə şərait yaradılıb
02.01.2023
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 minik avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"DM" xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.