“Səs itiririk, geri çəkilək” təklifinə Ərdoğandan SƏRT REAKSİYA
25.10.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi AKP iclasında "siqaret tənzimləmələrini azaldaq, səslərimizə təsir edə bilər” təklifi səsləndirilib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Türkiyə” qəzeti yazıb.
Təklifə kəskin reaksiya verən Ərdoğan "vətəndaşlarımızın zərərinə olacaq bir mövzuda səslər barədə düşünə bilmərik” cavabını verib.
"Qoy səs itirək, ancaq yazığınız gəlməsin. Səs qayğısı ilə hərəkət etməyin. Bu tənzimləmələr və nəzarət artırılaraq davam etdirilsin. Səs itirərik deyə düşünməyin, geri addım atmayın”, - Ərdoğan bildirib.