03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezident İşsizlikdən Sığorta Fondunun gələnilki büdcəsini təsdiqləyib

30.12.2022

Prezident İlham Əliyev İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sənədə əsasən, İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsinin gəlirləri 212 668 344,50 manat, xərcləri 212 668 344,50 manat məbləğində təsdiq edilir.

Bundan başqa, dövlət başçısı "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 674-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.