Gələn il üçün yaşayış minimumu müəyyən edilib
30.12.2022
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sənədə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib.
Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.