31 01 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

SEPAH-ın təcridxanasında etnik bəluc uşaqlara təcavüz edilib - FOTO

30.12.2022

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH-ın) təcridxanasında ən azı yeddi etnik bəluc uşağa təcavüz edilib.

Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat verib.

Bəluc xalqının milli fəalları bununla əlaqədar etiraz kampaniyası başladıblar.

Cümə günü kimlik sənədi olmadan saxlanılan yeddi etnik bəluc uşaq Zahedan şəhərindəki təcridxanalardan birində SEPAH-ın kəşfiyyat qüvvələri tərəfindən cinsi təcavüzə məruz qalıb.

Uşaqların sözlərinə görə, SEPAH-ın kəşfiyyat qüvvələri bir-biri ilə ərəb dilində danışırlar.

Qeyd edək ki, molla rejiminin qorxunc həbsxanalarında uşaq və qadınların zorlanması hər zaman gündəmdə olub.