Hesablama Palatasına yeni auditor təyin edilib
30.12.2022
Milli Məclisin iclasında Vüqar Emin oğlu İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi müzakirə olunub.
"DM" xəbər verir ki, Vüqar İbrahimovun həmin vəzifəyə namizədliyi parlamentin sədri Sahibə Qafarovanın təqdimatı ilə irəli sürülüb.
Vüqar İbrahimovun namizədliyi Milli Məclis tərəfindən təsdiq edilib.
V.İbrahimov 2007-ci ildən Hesablama Palatasında çalışır, hazırda qurumun aparat rəhbəridir.