Bakıda köşkə basqın edilib
30.12.2022
Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb.
"DM” xəbər verir ki, hadisə dekabrın 29-u, saat 03 radələrində Yasamal rayonu, Ş.Qurbanov küçəsində qeydə alınıb.
Belə ki, Yahyayev Seymur Vidadi oğlunun satıcı işlədiyi köşkə naməlum şəxs yaxınlaşaraq içəri daxil olub. Həmin şəxs satıcının üz nahiyəsinə yumruq zərbəsi və sağ bud hissəsinə 1 bıçaq zərbəsi vuraraq kassada olan 1 805 manat pulu götürüb uzaqlaşıb.
S.Yahyayev hadisədən sonra Kliniki Tibbi Mərkəzə müraciət edib, ambulator müalicə edildikdən sonra evə buraxılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır