Məhərrəm Talıbov vəzifədən azad edilib
29.12.2022
Vasif Talıbovun qardaşı vəzifədən azad edildi
Naxçıvan Muxtar Respublikasının prokurorunun müavini Məhərrəm Talıbov vəzifədən azad edilib.
Report xəbər verir ki, M.Talıbov öz istəyi ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.
Qeyd edək ki, M.Talıbov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşıdır.