Rusiyanın bu aerodromu yenidən vurulub
29.12.2022
Rusiyanın Saratov vilayətindəki Engels hərbi aerodromu yenidən vurulur.
"DM"xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Hazırda ərazidə hava hücumundan müdafiə sistemlərinin işlədiyi bildirilir.
Yerli sakinlər güclü partlayışların baş verdiyini deyiblər.
Qeyd edək ki, Engels aerodromu sonuncu dəfə dekabrın 25-də PUA hücumuna məruz qalmışdı.