21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

TƏBİB sədrindən yeni TƏYİNAT - FOTO

29.12.2022

Vüqar Qurbanovun əmr imzalayıb.

Əmrə əsasən, mərkəzin direktoru vəzifəsi tanınmış mama-ginekoloq Mehriban Adil qızı Abasquliyevaya həvalə olunub. Yeni direktor kollektivə təqdim olunub. 

Təqdimat mərasimində Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində xidmət keyfiyyətinin yüksəldilməsi, ana və uşaq sağlamlığının təmin olunmasına diqqətin artırılması, pasiyent məmnunluğunun təmin edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Mehriban Abasquliyeva 1980-1986-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. 1986-1987-ci illərdə ATU-da internatura təhsili alıb. 1988-1994-cü illərdə 1 saylı Qadın məsləhətxanasında mama-ginekoloq, 1994-1998-ci illər arasında isə baş həkim vəzifəsində çalışıb. 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib.

2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum evinin baş həkimi vəzifəsində çalışıb.

Türkiyə, Rusiya, Portuqaliya, Danimarka, Yunanıstan, Pakistan, İndoneziya kimi ölkələrdə müxtəlif beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak edib.

2007-2021-ci illər ərzində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri olub.

M.Abasquliyeva eyni zamanda tibb elmləri namizədidir.