03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Professor İrəvanın Kremlə demarşının səbəbini açıqlayıb

29.12.2022

Əslində məsələ Paşinyanın iqtidara gəlməsi ilə başlayıb. İndi isə Ermənistan iqtidarı Rusiyanın Ukrayna müharibəsində zəifləməsi ilə bölgədə təsir gücünün azaldığını hiss etdiyi üçün aşkar şəkildə belə açıqlamalar verir.

Bu sözləri  Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın İrəvana təzyiqləri ilə bağlı açıqlaması haqqında danışan Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Professor Zəngəzur dəhlizinin açılmasının Rusiyanın da mənfəətlərinə uyğun olduğunu bildirib:

"Zəngəzur dəhlizinin açılması məsələsinə gəldikdə, bildirmək istəyirəm ki, bu, 10 noyabr Üçtərəfli Bəyanatının əsas tələblərindən biridir. Rusiya da dəhlizin açılmasında maraqlıdır, çünki nəqliyyat əlaqəsi üzrə nəzarəti Federal Təhlükəsizlik Xidməti həyata keçirəcək. Əngəl olmaq istəyənlər isə Avropa və İrandır. Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılardan fərqli olaraq, dəhlizə yerləşdiriləcək FTX sərhəd xidməti orqanlarının fəaliyyət müddəti müəyyən edilməyib. Ona görə də Qərb ölkələri, xüsusilə Fransa bundan məmnun deyil. Bu səbəblərə görə prosesin uzanmasını istəyir. Hazırda qarşıdurma yeni mərhələyə keçib. Rusiya Ukraynada zəiflədiyi üçün Ermənistan da bunu fürsət bilir. Vardanyanın Qarabağa göndərilməsinin Paşinyanın dəyişdirilməsi ssenarisinin bir parçası olduğu heç kimə sirr deyil. Bütün sadaladığımız səbəblərə görə də Ermənistan və Rusiya artıq açıq şəkildə bir-birini günahlandırır. Mövcud vəziyyət Azərbaycanın əlini gücləndirən əlverişli fürsətdir. Prosesi izləmək və ortaya çıxan fürsətlərdən doğru şəkildə istifadə etmək lazımdır. Ermənistan indi öz ərazisini Avropa üçün mərkəz halına gətirmək istəyir. Fikrimcə, hazırki məqamda Avropanın Ermənistan üzərindən Rusiyaya ikinci cəbhə açması mümkün deyil, çünki orada rus hərbi bazası var. Nəticə olaraq Moskva İrəvana qarşı daha kəskin addımlar atmağa vadar ola bilər. Fransa isə bölgədəki maraqlarına görə Ermənistanın Rusiyadan uzaqlaşma istəyindən faydalanır”.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan 26 dekabrda İctimai televiyaya müsahibəsində Rusiyanın ölkəsini öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus İttifaq Dövlətinə qoşulmağa məcbur etdiyini deyib. Qriqoryan həm də 13 sentyabr hadisələrinin, eləcə də Laçın dəhlizinin bağlanmasının Rusiyanın Ermənistana təzyiqi çərçivəsində baş verdiyini vurğulayıb.