Sülhməramlıların avtomobilləri Xankəndi yolunda maneəsiz hərəkət edirlər - FOTO
29.12.2022
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 5 təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
"Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin avtomobillərdən 4-ü Xankəndidən Laçın, 1-i isə Laçından Xankəndi istiqamətinə keçib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.