21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

SEPAH media nümayəndələrini hədələyib

29.12.2022

İran İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Ramazan Şərif ölkə xaricində fəaliyyət göstərən farsdilli medianı təhdid edib.

Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat verib.

Məlumata görə, SEPAH-ın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi xarici ölkələrdə İranla bağlı fəaliyyət göstərən media orqanlarını düşmən adlandırıb. O iddia edib ki, media iranlıların düşüncə tərzlərini dəyişməyə və mənfi təsir yaratmağa çalışır.

Şərif xaricdəki mediaya nəzarət etdiklərini də vurğulayıb və onların hər birinə ayrı-ayrılıqda cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, bir neçə gün öncə SEPAH-ın Qüds korpusunun komandanı İsmail Qaani də xaricdə fəaliyyət göstərən medianı hədələyib.

"Bizə qarşı media fəaliyyəti göstərənlər bir gün ağır zərbə alacaqlar”, - deyə Qaani təhdid edib.