21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Əli Əsədov bu əsasnaməyə dəyişiklik edib

29.12.2022

"ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısına daha iki qurumun adı əlavə edilib.

"DM" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişiklik edib.

Bununla da siyahıdakı qurumların sayı 12-yə çatıb.

Yeni əlavə edilən qurumlar aşağıdakılardır:

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti.

Qeyd edək ki, "ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların əvvəlki siyahısı belə idi:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2. Yerli icra hakimiyyəti orqanları

3. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

4. Dənizkənarı Bulvar İdarəsi

5. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

6. "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

7. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti

8. "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

9. "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

10. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz” İstehsalat Birliyi.