Qazaxıstan neftinin nəql edilməsi ilə bağlı Komissiyanın tərkibi yenilənib
29.12.2022
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazisindən Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin işlənib hazırlanması ilə əlaqədar bəzi tədbirlər haqqında” 14 sentyabr 2005-ci il tarixli sərəncamında dəyişiklik edib.
Prezident.az xəbər verir ki, dəyişikliyə əsasən, Qazaxıstan neftinin nəql edilməsi məsələlərinin həlli üçün yaradılmış Komissiyanın tərkibi aşağıdakı kimi yenilənib:
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Komissiyanın üzvləri
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri.