Çavuşoğlu: Türkiyə bu məsələdə də Azərbaycanın yanındadır
29.12.2022
Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir.
"DM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada media nümayəndləri üçün ilin son toplantısında bildirib.
"Can Azərbaycanla əməkdaşlığımız iki ölkə arasında ola biləcək ən yüksək səviyyədədir. ”, - XİN başçısı vurğulayıb.
Türkiyənin Azərbaycanla yaxın həmrəylik içində olduğunu və Ermənistanla normallaşama prosesinin davam etdiyini bildirən Cavuşoğlu deyib ki, Laçın yolundakı son hadisələr Ermənistan üçün bir səmimiyyət testidir:
"Azərbaycan torpaqlarının zənginliyinin qəsb edilməsinə çalışılması qəbuledilməzdir. Türkiyə hər məsələdə olduğu kimi bu məsələdə də Azərbaycanın yanındadır”.