03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib - FOTO

28.12.2022

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi Azər İsmayılova həvalə edilib.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bu gün yeni direktor kollektivə təqdim olunub.

Təqdimat mərasimində Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasında keyfiyyətli tibbi xidmətin fasiləsiz təmin edilməsi, pasiyent məmnunluğunun artırılması istiqamətində müvafiq göstərişlərini və tapşırıqlarını verib.

Qeyd edək ki, Azər İsmayılov 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirib. 2009-2015-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsində ümumi cərrahiyyə üzrə uzmanlıq təhsili alıb.

2017-2021-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib