Balakəndə silah-sursat tapılıb - FOTO
28.12.2022
Balakən rayonunun Xalatala kəndi ərazisində içərisində silah-sursat olan bağlamanın olması ilə bağlı rayon polis şöbəsinin Qabaqçöl Polis Bölməsinə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən dərhal ərazinin mühafizəsi təşkil edilib və həmin bağlamaya baxış keçirilərkən "Kalaşnikov” avtomatına, "Makarov” tapançasına, ov tüfənginə məxsus patronlar, eləcə də 1 ədəd lüləsi kəsilmiş tüfəng və RQD-5 qumbarası aşkarlanıb. Həmin silah-sursat oradan götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.