Naxçıvanda taksi sürücüləri etiraz edir
28.12.2022
Naxçıvanda taksi sürücüləri Vasif Talıbovun onlar üçün yaratdığı sistemə qarşı etiraz edir.
"DM" Unikal-a istinadən xəbər verir ki, sürücülər toplu şəkildə Naçıvan MR Ali Məclisinin yanına toplaşaraq problemlərinin həll olunmasını istəyirlər.
Belə ki, sürücülərə Naxçıvan istehsalı olan "Naz-Lifan"dan başqa digər minik avtomobilləri ilə taksi kimi işləmələri üçün icazə verilmir. Təklif olunan avtomobil isə qiymətindən dəfələrlə baha qiymətə - 35 min manata satılır.