DGK sədrinin müavinləri vəzifələrindən azad ediliblər
28.12.2022
Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Abdullayev vəzifəsindən azad edilib.
"DM" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.
***
Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.