İranda öldürülən etirazçıların sayı 500-ü keçib
28.12.2022
İranda hökumət məmurları tərəfindən öldürülən etirazçıların sayı açıqlanıb.
"Azad İran” "Telegram” kanalı xəbər verir ki, 17 sentyabr - 27 dekabr tarixləri ərzində İranda davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 507 nəfər hökumət məmurları tərəfindən qətlə yetirilib.
18 533 nəfərin saxlanıldığı bildirilir. Onlardan 4 108 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunanlardan 665-i tələbədir.
Habelə, bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin tələbələri etirazları dəstəkləyiblər