Qarabağda vəkil büroları yaradılacaq
28.12.2022
Azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılması nəzərdə tutulur.
"DM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
O qeyd edib ki, bununla bağlı kollegiyada lazımi tədbirlər görülür:
"Biz istəyirik ki, həmin ərazilərimizdə də bürolar yaradaq və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardımlar göstərək. Yaxın vaxtlarda bu planı realizə edəcəyik"