21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kiyevdə qazın qiymətinin artmasına etiraz edirlər

24.10.2018

"Dövran Media"  "Report"-a istinadən xəbər verir ki, bu gün Ukrayna Prezidenti Administrasiyasının yaxınlığında sabiq Baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi "Batkivşina" Partiyası tərəfindən təşkil edilən və qazın qiymətinin əhali üçün artmasına qarşı keçirilən mitinq başlayıb.
Qeyd edək ki, Ukrayna Nazirlər Kabineti oktyabrın 19-da Beynəlxalq Valyuta Fondu ilə müqavilələr və müqavilələr əsasındakı tələblər çərçivəsində noyabrın 1-dən əhaliyə verilən qazın qiymətini 23,5% artırmağa qərar verib. Yeni qiymət min kubmetrə görə 8,5 min qriven (rəsmi valyuta məzənnəsi ilə 305 dollar) olacaq.
Ukrayna Prezidenti Administrasiyasına birbaşa keçid polis tərəfindən bağlanıb. Etirazçılar əllərində "Batkivşina" Partiyasının bayraqlarını və əhali üçün qazın qiymətlərinin artırılması qərarının ləğv edilməsinə çağıran plakatlar tutublar. Onlar həmçinin mövcud hökumətdən istefa verməyi tələb edən şüarlar səsləndirirlər.
Kiyevin mərkəzi hissəsində ictimai asayişin mühafizəsi gücləndirilib, hökumət binasını çox sayda polis və Milli Qvardiya əsgəri qoruyur.