Bakı Limanı Su polisi ilə birgə təlim keçirib - VİDEO
27.12.2022
Bakı Limanında Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi ilə liman əməkdaşlarının birgə təlimi baş tutub. Əsas məqsədi liman ərazisində təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi və qanun pozuntuları ilə mübarizədə operativliyi təmin etmək olan təlim çərçivəsində hər iki qurumun əməkdaşları qarşılıqlı formada fəaliyyət göstəriblər.
Təlim zamanı şərti olaraq qanunsuz şəkildə liman hövzəsinə daxil olan qayıq heyəti limanın mühafizə xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb və uzaqlaşmağa çalışan heyət operativ müdaxilə ilə saxlanılaraq sahilə çıxarılıb. Eyni zamanda təlim çərçivəsində limana daxil olmaq istəyən və üzərində şübhəli əşya daşıyan şəxs aşkarlanıb. Bu barədə polisə məlumat verilib və həmin şəxs saxlanılaraq aidiyyəti üzrə ərazidən təhvil verilib.
Uğurla başa çatan təlimin sonunda şəxsi heyətə tövsiyə və tapşırıqlar verilib.