Poroşenko artıq milyarder deyil
27.12.2022
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko milyarder statusunu itirib.
"DM" xəbər verir ki, bu barədə "Forbes” nəşri yazıb.
Poroşenko nəşrin 20 ən varlı ukraynalı sahibkarın reytinqini dərc etdiyi siyahıda 12-ci olub.
Bildirilib ki, Poroşenkonun 2022-ci ilin fevralında 1.6 milyard dollarlıq sərvəti var idisə, dekabrda bu rəqəm 730 milyon dollar təşkil edib.
Ümumilikdə, 2022-ci ilin fevralından bəri 20 ukraynalı sahibkarın sərvəti 20 milyard dollar azalıb.