21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyalı oliqarx Hotel pəncərəsindən yıxılaraq ölüb - FOTO

27.12.2022

Nəhəng kolbasa şirkətinin sahibi, rusiyalı iş adamı Pavel Antov müəmmalı şəkildə həyatını itirib.

Onun Hindistanda lüks hotelin pəncərəsindən yıxılaraq dünyasını dəyişdiyi bildirilib.

Məlumata görə, Pavel Antov 66 yaşını qeyd etmək üçün dostları ilə getdiyi Hindistanın Rayaqada bölgəsində lüks hoteldə qalıb. Lakin müəmmalı şəkildə hotelin 3-cü mərtəbədəki pəncərəsindən həyətdəki hovuza yıxılıb. Ağır xəsarətlər alan Antov aparıldığı xəstəxanada dünyasını dəyişib.

Rusiyanın Vladimir vilayətində yerli qanunvericilik orqanının deputatı, ölkənin ən zəngin siyasətçilərindən biri olan Antovun ölümünü Rusiya mətbuatı intihar kimi qələmə verməyə çalışır. Eyni zamanda, Antovla birlikdə Hindistana yollanan dostlarından birinin ötən həftə orada infarkt nəticəsində ölməsi suallar yaradıb.

Qeyd olunub ki, "Vahid Rusiya” partiyasının keçmiş deputatlarından olan Antov Ukraynaya müdaxiləyə görə Putini tənqid edənlərin sırasında olub. Rusiyalı iş adamı Rusiyanın Ukraynaya raket hücumu nəticəsində həlak olan mülki şəxslərin görüntüləri ilə bağlı "Terrordan başqa ad vermək çox çətindir” sözləri ilə diqqət çəkib. Lakin təzyiqlərdən sonra Putini dəstəklədiyini söyləyərək üzr istəyib.

"Forbes Russian”ın məlumatına görə, evli və bir uşaq atası olan Antovun illik gəliri 157 milyon dollar təşkil edirdi.

Son aylarda bir çox rusiyalı biznesmen qeyri-aşkar səbəblərdən həyatını itirib. Sentyabrda Rusiyanın enerji nəhəngi "LUKOYL”un baş meneceri Ravil Maqanov xəstəxananın pəncərəsindən yıxılaraq ölüb.

Müəmmalı ölümlərlə bağlı sirr pərdəsini açmaq mümkün olmasa da, Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalara görə Rusiyada oliqarxlar arasında böyük rəqabətin olduğu iddia edilir.




Mənbə: Haber Global