65 deputat Saakaşvili üçün Zurabişviliyə müraciət edib
27.12.2022
Gürcüstan parlamentinin hazırkı və sabiq deputatları Gürcüstan Prezidenti Salome Zurabişviliyə Mixail Saakaşvilini əfv etməsi üçün müraciət edib.
"DM" xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişviliyə müraciəti müxtəlif çağırışların 65 deputatı imzalayıb.
"Biz, gürcü parlamentarilər icması Gürcüstanın keçmiş prezidentinin ikinci dəfə öldürülməsinə icazə verə bilmərik. Susmaq öldürür, susmaq cinayətdir”, - müraciətdə bildirilib.
Qeyd edək ki, Saakaşvilinin əfv edilməsi tələbi ilə Zurabişvilinin evi və iqamətgahının önündə aksiyalar da keçirilir.