Zəncanlı xanım fəala bu cəzalar verilib
27.12.2022
Güney Azərbaycanın Zəncan şəhərindən olan xanım fəal Mina Əlixani 1 il həbs və 74 şallaq zərbəsinə məkum edilib.
"DM" xəbər verir ki, Zəncan Apellyasiya Məhkəməsi ibtidai məhkəmənin onun barəsində çıxardığı hökmü qüvvədə saxlayıb.
Mina Əlixani bundan öncə Zəncan şəhərinin ikinci cəza məhkəməsinin 107-ci bölməsi tərəfindən "ictimai asayişi pozmaq”da ittiham edilib.