Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib
27.12.2022
ABŞ Prezidenti Co Bayden qar fırtınası ilə əlaqədar Nyu-York ştatında fövqəladə vəziyyət elan edib.
Bu barədə məlumat Ağ Evin saytında yerləşdirilib.
Qeyd olunur ki, ABŞ lideri çovğunun nəticələrinin aradan qaldırılması üçün əyalət və yerli hakimiyyət orqanlarına federal yardımın göstərilməsini əmr edib.
Həmçinin C.Bayden ölkənin Daxili Təhlükəsizlik Departamentinə və ABŞ Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin mütəxəssislərinə sakinlərə kömək etmək tapşırığı verib.
Mənbə: Whitehouse.gov